Azərbaycanda vəzifədə olan rektorlar - 91 yaşı olan da var, 31 il vəzifədə qalan da... (SİYAHI)

Azərbaycanda vəzifədə olan rektorlar - 91 yaşı olan da var, 31 il vəzifədə qalan da... (SİYAHI)

Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinin rektorlarının yaşları və rektorluq müddətləri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə siyahını təhsil eksperti Kamran Əsədov hazırlayıb. Oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, həmin siyahını təqdim edirik:

1) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Rektor Mustafa Baba oğlu Babanlı . 50 yaş.

Vəzifyə gəlmə tarixi: 2015-ci il. 3 ildir, vəzifədədir.

2) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Rektor Urxan Kazım Oğlu Ələkbərov. 75 yaş.

Vəzifəyə təyin olunma tarixi: 2011-ci il. 7 ildir, rektordur.

3) Azərbaycan Tibb Universiteti. Rektor Gəraybəyli Gəray Çingiz oğlu. 51 yaş.

2016-cı il bu vəzifəyə təyin olunub. 2 ildir, eyni bu postdadır.

4) Azərbaycan Dövlət İqtisad Universiteti. Rektor Ədalət Cəlal oğlu Muradov. 56 yaş.

2014-cü ildə bura rektor təyin edilib, 4 ildir, vəzifədədir.

5) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Rektor Fərəh Şirməmməd qızı Əliyeva. 57 yaş.

2014-cü ildə bu vəzifəyə layiq görülüb, 4 ildir, rektordur.

6) Azərbaycan Dillər Universiteti. Rektor Abdullayev Kamal Mehdi oğlu. 68 yaş.

Bakı Slavyan Universitetinin rektoru (2000-2014), 2017-ci ildən. Ümumilikdə 15 ildir, rektordur.

7) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Rektor Fuad Hacıyev. 64 yaş. 2015-ci ildən. 3 ildir.

8) Azərbaycan Dövlət Aqrar Universiteti. Rektor İbrahim Həsən oğlu Cəfərov. 62 yaş. 2013-cü ildən. 5 ildir.

9) Azərbaycan Memarlıq və İnşaat Universiteti. Rektor Gülçöhrə Məmmədova.65 yaş. 1999-cu ildən. 19 ildir.

10) ADA Universiteti. Rektor Hafiz Mir-Cəlal oğlu Paşayev.77 yaş. 2006-cı ildən. 12 ildir.

11) Azərbaycan Turizm və Menecment Universiteti. Rektor İlham İsa oğlu Mədətov. 66 yaş. 2017-ci ildən. 1 ildir.

12) Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Rektor Ömər Həsən oğlu Eldarov. 91 yaş. 2000-ci ildən. 18 ildir.

13) Azərbaycan Milli Konservatoriyası. Rektor Siyavuş Əşrəf oğlu Kərimi.64 yaş. 2001-ci ildən. 17 ildir.

14) Azərbaycan Dövlət Pedaqoji Universiteti. Rektor Cəfər Məmməd oğlu Cəfərov. 58 yaş. 2016-cı ildən. (2006-2016-cı illər Azərbaycan Turizm və Menecment Universitetinin rektoru) Ümumilikdə 12 ildir.

15) Bakı Dövlət Universiteti. Rektor Abel Məmmədəli oğlu Məhərrəmov. 68 yaş. 1999-cu ildən. 19 ildir.

16) Bakı Ali Neft Məktəbi. Rektor Qasımov Elmar Eldar oğlu.45 yaş. 2012-ci ildən. 6 ildir.

17) Bakı Mühəndislik Universiteti. Rektor Məmmədov Havar Əmir oğlu. 73 yaş. 2017-ci ildən.(2000- 2016-cı illər Azərbaycan Texniki Universitetinin,2016-2017-Qafqaz Universitetinin rektoru). Ümumi 18 il.

18) Bakı Slavyan Universiteti. Rektor Əliyeva Nurlana Müzəffər qızı.72 yaş. 2016-cı ildən (1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru). 2 ildir.

19) Bakı Musiqi Akademiyası. Rektor Fərhəd Şəmsi oğlu Bədəlbəyli. 71 yaş. 1991-ci ildən. 27 ildir.

20) Bakı Xoreoqrafiya Akademiyası. Rektor Əfəndiyev Timuçin İlyas oğlu. 73 yaş. 2014-cü ildən (1987- 2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru). Ümumilikdə 31 ildir.

21) Milli Aviasiya Akademiyası. Rektor Arif Mir Cəlal oğlu Paşayev. 84 yaş. 1996-cı ildən. 22 ildir.

22) Gəncə Dövlət Universiteti. Rektor Yusibov Yusif Əmiralı Oğlu. 67 yaş. 2014- cü ildən. 4 ildir.

23) Naxçıvan Dövlət Universiteti. Rektor MƏHƏRRƏMOV SALEH HEYDƏR OĞLU. 53 yaş. 2013-cü ildən. 5 ildir.

24) Sumqayıt Dövlət Universiteti. Rektor Hüseynov Elxan Bahadur oğlu. 70 yaş. 2014-cü ildən. 4 ildir.

25) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı. Rektor Paşayeva Nərgiz Arif qızı. 56 yaş. 2008-ci ildən. 12 ildir.

26) İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı. Rektor Əziz Cəmil oğlu Əliyev. 43 yaş. 2015-ci ildən. 3 ildir.

Mənbə: yenilik.az