ÜST: "Pandemiya hələ davam edəcək"

"Koronavirus pandemiyası hələ bitməkdən uzaqdır, bir çox Avropa ölkəsində yoluxmaların sayında ciddi artım müşahidə olunur".

“Report” xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə relizində deyilir.

“Təəssüf ki, regionumuzun bir çox ölkəsində yüksək keçicilik qabiliyyətinə malik “delta'” variantının yayılması ilə əlaqədar halların sayında əhəmiyyətli artım müşahidə edirik”, - relizdə ÜST-ün Avropa üzrə regional direktoru Hans Klügedən sitat gətirilib.

“Virusun yayılmasının qarşısını almaq üçün ayıq olmalı və sağlam düşüncə ilə hərəkət etməyə davam etməliyik. Bu, fürsət düşən kimi tam vaksinasiya kursundan keçmək, eləcə də məsafəni qorumaq, əlləri yumaq, izdihamlı yerlərdən yayınmaq və ehtiyac olan yerlərdə maska taxmaqdır... Bunları lokdaunun qarşısını almaq üçün tədbir kimi düşünməliyik, çünki bunlar cəmiyyətin əhəmiyyətli hissəsinə lokdauna ehtiyac olmadan xəstəliyin yayılmasının qarşısını almağa yardım edə bilər”, - ECDC direktoru Andrea Ammon deyib.

ECDC və ÜST vaksinasiyanın sürətlə tətbiq olunmasını tövsiyə edir.

“Əldə olan məlumatlar aydın şəkildə göstərir ki, tam vaksinasiya xəstəliyin ağır şəkildə keçməsi və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır”, - H.Klüge qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

General-polkovnik Vaqif Axundovun rəis bacısı oğlu həbs edildi

SONRAKI XƏBƏR

Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb (FOTO)