Moskvada 1 milyon təqaüdçü peyvənd olunub

Rusiyada vətəndaşların koronavirus əleyhinə vaksinasiyadan keçməsi ilə bağlı aktiv işlər görülür. Azvision.az xəbər verir ki, bu gün təkcə paytaxt Moskvada bir milyon təqaüdçünün peyvənd olunması məlum olub. Bu vaksinasiya proseslərinin isə yaşlı adamlar üçün heç bir mənfi nəticəsi olmayıb.

"Onların peyvənd olunmasından sonra heç bir çətinlikləri yaşanmayıb. Əksinə, biz görürük ki, bu insanlar daha az xəstələnir, ölüm halları isə daha az olur",- Moskva meri Sergey Sobyanin "Rossiya-1" telekanalının efirində bildirib.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Hindistanda leysan yağışları 129 nəfərin ölümünə səbəb oldu

SONRAKI XƏBƏR

Həkim Araz Bayramov ittihamlara cavab verdi