Lisey və gimnaziyalara qəbul imtahanında boş qalan yerlərə müraciətlərə start verilir

Lisey və gimnaziyalara qəbul imtahanında boş qalan yerlərə müraciətlərə start verilir

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərə start verilir.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, müraciətlər iyulun 27-si saat 16:00-a qədər qəbul edilir. Bu tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.

Nəticələr iyulun 30-dək şəxsi kabinetlərə göndəriləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Mənbə: azertag.az