Yük maşını ikiotaqlı evə çevrildi: Təkərlər üzərində mini-otel yaratdılar

Yük maşını ikiotaqlı evə çevrildi: Təkərlər üzərində mini-otel yaratdılar

Latviyada köhnə, sovetin vaxtından qalmış "QAZ-63" yük maşınını təkər üzərində mini-otelə çevirərək ona ikinci həyat veriblər. Otelin necə göründüyünü videoda izləyin.

Təbiət qoynunda, ağacların kölgəsində rahat, təkərli otel. Bu, latviyalı Karlis Dandzberqs və Andris Kariçkinsin əl işidir. Avtomobili ikiotaqlı rahat evə çevirən entuziastlar onu Macəra Parkının alma bağına yerləşdiriblər.

Yük maşınına mühərrik quraşdırdılar. Avtomobil quru otaqda saxlanıldığından və çöldə yaxşı qorunub saxlanıldığından avtomobil yaxşı vəziyyətdə idi.

Dizaynerlər maşına elektrik enerjisi quraşdırdılar, salonu istiliklə təchiz etdilər və ora yaşamaq üçün lazım olan mebelləri yerləşdirdilər.

 

Mənbə: sputnik.az