Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü Vəliyev Sahib Həmid oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Qəza zamanı motosiklet yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news.milli.az