TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı açıqlama yaydı

Bakı, 24 iyul, AZƏRTAC

TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı açıqlama yayıb.

AZƏRTAC-ın məlumatəna görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, xalq artisti Səməd Səmədov 2021-ci il iyulun 23-də tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub. Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İŞİD-çilər qadın paltarında İrana keçmək istədi – VİDEO

SONRAKI XƏBƏR

Renault Taliant modelinin Türkiyədəki satışlarına start verilib - FOTO