Bu nazirlik ləvğ olunur - Yerində agentlik yaradılacaq

Bu nazirlik ləvğ olunur -  Yerində agentlik yaradılacaq

Hökumətə yaxın qaynaqlardan əldə edilən məlumata görə yaxın günlərdə Gənclər və İdman nazirliyi ləğv ediləcək.

Manset.az xəbər verir ki, nazirlik ləğv edilsə də onun səlahiyyətləri,texniki invertarları yeni yaradılacaq qurumun balansına daxil ediləcək. Məlumata görə GİN-nin ləğvindən sonra,onun gənclərlə bağlı səlahiyyətləri Gənclərin İnkişaf və Karyera Mərkəzinə verilməklə yanaşı,eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsasnaməsində dəyişikliklər edilərək “mərkəz” sözü “agentlik” sözü illə əvəzlənəcək.

Məlumata görə, nazirliyin ləğvindən sonra idmanla bağlı bölmə isə Azərbaycan Milli Olimpiya Komitəsinə daxil ediləcək. Bundan əlavə qeyd edilir ki, yerlərdə Gənclər Mərkəzi olduğundan GİN-nin yerlədəki gənclər və idman idarələri nazirliyin ləğvindən sonra yerli olimpiya mərkəzlərinin balansına veriləcək.

 

Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimovun dünyasın dəyişməsindən sonra, nazir postuna bir sıra şəxslərin adları hallandırılıb.//veteninfo.az//

Mənbə: manset.az