Bu mənzillərdə yaşamaq psixi xəstəliklər yaradır

Yaşayış sahəsinin kiçik olması, xüsusən qonaq otağı ilə mətbəx və yataq otağının bir arada olması, otaqlarda pəncərələrin olmaması orda yaşayanların səhhəti üçün ciddi təhlükədir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı psixoterapevt Nadejda Dvoskina bildirib.

“Çox kiçik mənzil, bir otaqda bir neçə insanın yaşaması psixi pozuntuları, nevrozlar, konfliktlər, əsəb sarsıntısı, depressiya kimi xəstəlikləri artırır, ailədaxili münaqişə və boşanmalara səbəb olur.

Bu, xüsusən 20-35 kv metrlik mənzil, bir otaqlı ev alıb, orda tək yox, arvadı və hətta körpəsi ilə yaşayan insanlara aiddir.

Onlar ilk başda mənzil tələbatlarını yaxşı götür-qoy edə bilmir, təki öz evim olsun, pula qənaətli olsun deyə, kiçik mənzil seçir. Lakin zamanla problemlər üzə çıxır. İnsanlar hətta sağlamlıq və ailədə baş verən problemin mənzilin sahəsindən irəli gəldiyini də başa düşmür.

35 kv metrlik yaşayış sahəsi yalnız tənha və işləyən insana uyğundur. Ailələr minimum 45-47 kv metrdən başlayan mənzillərdə yaşamalıdır. 3 nəfərlik ideal sahə isə 55-60 kv metr hesab edilir”, - psixoterapevt vurğulayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Xankəndidə partlayış: bir erməni yaralandı

SONRAKI XƏBƏR

Hadisə yeni sevgilisiylə istirahətdə - FOTO