Qazaxıstan koronavirusun yayılmasına görə yenidən "qırmızı" zonaya daxil olub

Qazaxıstan koronavirusun yayılmasına görə yenidən "qırmızı" zonaya daxil olub

Nur-Sultan, 24 iyul, AZƏRTAC

Qazaxıstan bölgələrində epidemioloji vəziyyətin qiymətləndirilməsinə əsasən, koronavirusun yayılmasına görə yenidən "qırmızı" zonaya daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin COVID-19-un yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyası məlumat verib

Nur-Sultan, Almatı, Çimkənt şəhərləri, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Karaqanda, Kostanay, Mangistau, Pavlodar, Şimali Qazaxıstan, Qızılorda, Cambıl və Şərqi Qazaxıstan bölgələri COVID-19 səbəbilə “qırmızı zona”dadırlar.

Ölkədə Türküstan bölgələri koronavirus səbəbilə ” sarı zona”ya yerləşdirilib.

Qeyd edək ki, Qazaxıstanda son sutkada COVID-19-a 6 min 500-dən çox yoluxma qeydə alınıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az