Dünyada COVİD-19 əleyhinə 3,8 milyarddan çox peyvənd istifadə edilib

Bakı. Trend:

Dünyada koronavirus əleyhinə edilən peyvəndlərin sayı 3,8 milyardı keçib. İstifadə edilən peyvəndlərin yarısından çoxu 3 ölkənin - Çin, Hindistan və ABŞ-ın payına düşüb.

Trend-in məlumatına görə, hazırda dünyada koronavirusa qarşı 3 830 milyon peyvənd edilib ki, onlardan 1 520 milyonu Çin, 427 880 mini Hindistan və 340 360 mini ABŞ-da istifadə edilib.

Dünya üzrə tam vaksinasiya olunmuş vətəndaşların sayına görə Malta (hər 100 nəfərə 166,85 peyvənd) liderdir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Reytinqli serialın qəhrəmanının aktrisa ilə səmimi görüntüləri yayıldı - FOTO

SONRAKI XƏBƏR

Üç övladını ölümün pəncəsindən qurtaran ata boğularaq həlak oldu - FOTO