Hindistanın paytaxtında koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

Hindistanın paytaxtında koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

Bakı. Trend:

Hindistanın paytaxtı Delhi şəhərinin səlahiyyətliləri bölgədə koronavirusun yayılmasına qarşı tədbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul ediblər.

Trend -in məlumatına görə, bu gündən etibarən qeyd edilən ərazidə metro və avtobuslar tam qrafiklə xidmət göstərəcək, kinoteatrlar isə yarısına qədər dolmaq şərti ilə işləyəcəklər.

Bütün mağazalara tam həftə müddəti saat 10:00-dan 20:00-dək fəaliyyət göstərməyə icazə veriləcək. Toy və dəfn mərasimlərində toplanma həddi 50 nəfərdən 100-ə qaldırılıb.

Qeyd edilir ki, məhdudiyyətlərdə yumşalmalar barədə qərar paytaxtda "COVID-19" virusuna yoluxma saylarının azalması fonunda qəbul edilib.

Mənbə: az.trend.az