Daha bir ölkədə “Delta” ştammına ilk yoluxma halı qeydə alınıb

Daha bir ölkədə “Delta” ştammına ilk yoluxma halı qeydə alınıb

Kolumbiyada COVID-19-un “Delta” variantına ilk yoluxma faktı qeydə alınıb.

Bu barədə Kolumbiya prezidenti İvan Duque məlumat verib.

Virusun yeni yoluxucu variantı ABŞ-dan gələn səyahətçidə aşkarlanıb.

Hökumət insanları diqqətli olmağa və vaksinasiya olunmağa çağırıb.

Bununla birlikdə, səhiyyə işçiləri, virusun yoluxucu variantının peyvənd olunmayan insanlar arasında sürətlə yayıla biləcəyindən narahatdırlar.

John Hopkins Universitetinə görə indiyə qədər Kolumbiya əhalisinin 21,63% -i tam peyvənd olunub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20 iyul tarixindən etibarən Hindistanda ilk dəfə 2020-ci ilin oktyabrında aşkarlanan virusun “Delta variantı artıq 100-dən çox ölkəyə yayılıb.

Mənbə: www.realtv.az