Abşeronda koronavirusla bağlı maarifləndirmə reydləri davam edir

Abşeronda koronavirusla bağlı maarifləndirmə reydləri davam edir

Xırdalan, 25 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətində COVİD-19 infeksiyasının yayılmasının qarşısının almaq məqsədilə yaradılan komissiyanın və işçi qruplarının iştirakı ilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir. COVID-19 infeksiyası əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılır, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunur.

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elcin Guliyev AZƏRTAC –a bildirib ki, hazırda rayonda koronavirusa qarşı vaksinasiya prosesi aktiv və genişmiqyaslı şəkildə həyata keçirilməkdədir. Reyd zamanı sakinlər vaksinasiya ilə bağlı ətraflı maarifləndirildi. Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və digərlərinin iştirakı ilə ərazidə fəaliyyət göstərən obyektlərdə, gözəllik salonlarında, şadlıq evlərində və digər ictimai iaşə obyektlərinə baxış keçirilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Növbəti reyd zamanı satıcıların və istehlakçıların tibbi maskalardan istifadəsi, sosial məsafənin gözlənilməsi və ticarət obyektlərinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha bildirilib və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar. Aşkar edilən nöqsanlar isə yerindəcə aradan qaldırılıb və mövcud qayda və tələblərlə əlaqədar sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.

Mənbə: azertag.az