Gürcüstanda son sutkada 2 mindən çox insan koronavirusa yoluxub

Gürcüstanda son sutkada 2061 nəfərə koronavirusa yoluxub, 23 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bununla da pandemiyanın başlanğıcından ölkədə koronavirusa yoluxanların sayı 402 759-a, ölənlərin sayı isə 5 688-ə yüksəlib.

Son sutkada 1654 nəfər isə sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 373 088 olub.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Tokio-2020: Etiraz kağızları yayan şəxs saxlanıldı

SONRAKI XƏBƏR

Tokio 2020: Dünyanın "1 nömrə"si uduzdu