Araya qovğa salan "jurnalist binası müraciəti"nin müəllifləri qeybə çəkiliblər

Araya qovğa salan "jurnalist binası müraciəti"nin müəllifləri qeybə çəkiliblər

Jurnalistlər üçün nəzərdə tutulan 3-cü binadakı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan müraciət ictimaiyyətdə kəskin reaksiya ilə qarşılanıb.
Xüsusən jurnalistlər müraciətə imza atanlar arasında həmkarılarnın olduğunu, onların əksəriyyətinin birinci binada mənzil aldıqlarna diqqət çəkərək, belə bir müraciətin ərsəyə gəlməsndə məntiqsizliyin olduğunu iddia edirlər.
"Rupor" müraciətə imza atan, məşhurluğa jurnalist kimi çatan bir neçə dəyərli imza sahibindən hadisəyə münasibət öyrənməyə cəhd göstərib.
Cahangir Məmmədlinin telefonuna zəng çatmayıb. Əflatun Amaşovun da mobili Hocamız Cahagir müəllimin əl telefonu kimi "aparıb özünü"
Hikmət Babaoğlu belə cavab verib: “Elə yerdəyəm ki, danışa bilmirəm. Qonaqlarımla birlikdəyəm. Sabah zəng edərsiniz.
Umud Mirzəyevin mobili daha sivil "münasibət göstərib". Ona zəng çatıb, amma səsini eşitmək bizə nəsib olmayıb.
Vüqar Rəhimzadə eynən Hikmət müəllim kimi davranıb. Beləcə: Uyğun yerdə deyiləm. Qonaqlarım var. Sualı eşitdikdə “Sabah zəng edərsiniz, münasibət bildirərəm”- deyib.
Vüsal Məmmədov tam fərqli mövqe sərgiləyib. Budur: “Vallah, nə varsa ortadadır. Əlavə nəsə deməyə ehtiyac görmürəm”.
ƏSAS MƏQAM: Yazıda adı çəkilən şəxslər sosial şəbəkə hesablarında hadisələrə anındaca reaksiya vermələri ilə fərqlənirlər. Bu dəfə onların heç biric ciddi rezonans doğuran hadisəyə bir nöqtə münasibət bildirməyiblər. Onlar Facebbook hesablarında bu mövzuda heç nə yazmayıblar.

Mənbə: teref.az