“Delta” ştammının adi qripdən fərqi - VİDEO

“Delta” ştammının adi qripdən fərqi - VİDEO

Koronavirusun qripə bənzəyən delta ştammının əsas əlamətləri baş, boğaz ağrısı, nisbətən burun axıntısı, bəzən də öskürəkdir. xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır..Bu isə yay fəslində soyuqdəyməyə məruz qalan insanlari koronovirusa yoluxmuşammı deyə düşündürür.

Mütəxəssislər bu ştammda eşitmənin itirilməsi əlaməti ilə qarşılaşdıqlarını da bildirirlər. Bu ştammın əsas xarakterik xüsusiyyətlərindən biri hüceyrələrə sürətlə nüfuz etməsidir. Ancaq vaksinasiyadan keçən şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.

Bu ştammın digərlərindən fərqi yoluxduruculuq qabiliyyətinin daha yüksək olmasıdır. Nəzərə alsaq ki ölkəmizdə karantin rejimində yumşalmalar aparılıb. mütəxəssislər vətəndaşları insanların sıx olduqları yerlərə getməkdən çəkinməyə və sanitar gigiyenik qaydalara daha ciddi əməl etməyə çağırır.

REAL

Mənbə: www.realtv.az