Türkiyədə COVID-19 infeksiyasına qarşı 71 milyondan çox peyvənd tətbiq olunub

Ankara, 30 iyul, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə sürətlə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iyulun 29-u axşam saatlarına qədər ölkə üzrə tətbiq olunan ümumi peyvənd sayı 71 milyonu ötüb. Birinci, ikinci və üçüncü doza alanların sayı fərqlidir.

Hazırda sabit vaksin məntəqələrinin fəaliyyətindən başqa, Türkiyənin əyalətləri də daxil olmaqla bütün ölkə ərazisində səyyar peyvəndləmə aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədəki meşə yanğınları təxribatdırmı? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Təhsil Nazirliyinin keçirdiyi bu imtahanlarda hər il narazılıqlar olur