Hamilə qadınlar və 12 yaşdan yuxarı şəxslər peyvəndlənə bilər ? - HƏKİM DANIŞDI

Azərbaycanda 12 yaşdan yuxarı uşaqlar peyvəndlənə bilər.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında Almaniyada fəaliyyət göstərən həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, Almaniyada uşaqların peyvəndlənməsi prosesində “Biontech/Pfizer” peyvəndindən istifadə edilib:

"Bu peyvənd sözügedən yaş aralığında olan uşaqlara vurulur, effekti də yaxşıdır. Fikirləşirəm ki, əgər həmin peyvəndin 12-18 yaş aralığında olan şəxlərə vurulmasına icazə verilirsə, nəyinki Azərbaycan, bütün dövlətlər bundan istifadə edə bilərlər. Hətta tez-tez eşidirəm ki, hamilə və südverən qadınlarda “Biontech/Pfizer" və "Moderna” peyvəndlərinin heç bir əks göstərişi müşahidə olunmayıb.Almaniya bu peyvəndlərin həmin qadınlara vurulmasına icazə verib".

Həkim onu da bildirib ki, müəyyən yaş qruplarının ən 50 faizi peyvəndlənəndən sonra peyvənd rezervi olarsa, çox güman ki, daha aşağı yaş qrupları da peyvəndlənəcək.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Ayaqları çürüyən, zombiləşən “patı” istifadəçisi: “Elə bilirdim məni izləyir...” - REPORTAJ

SONRAKI XƏBƏR

MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi