Amerika Yəhudi Komitəsindən rəsmi Bakıya daha bir DƏSTƏK

Amerika Yəhudi Komitəsindən rəsmi Bakıya daha bir DƏSTƏK

Amerika Yəhudi Komitəsi Təl-Əvivdə Azərbaycan Ticarət Nümayəndəliyinin açılmasını alqışlayır.

Bizim.Media xəbər verir ki, Komitə bu barədə yaydığı bəyanatda qeyd edib.

"Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan İsrail və ABŞ üçün strateji tərəfdaşdır. Azərbaycanın İsraildəki ticarət missiyası iki ölkə arasında geniş əməkdaşlığı daha da gücləndirəcək və ümid edirik ki, İsrailin Bakıdakı səfirliyini tamamlamaq üçün Azərbaycanın İsraildə səfirliyinin açılması ilə nəticələnəcək", - deyə Amerika Yəhudi Komitəsinin baş direktoru Devid Harris bildirib.

Bəynatda qeyd olunub ki, qabaqcıl qlobal yəhudi vəkillik təşkilatı Amerika Yəhudi Komitəsi ABŞ, Avropa və digər regionlardakı ofisləri vasitəsilə Azərbaycanla sıx əlaqələr saxlayır.

Komitənin nümayəndələri hər il Bakıya səfər edir və hər ilin payızında BMT Baş Assambleyası çərçivəsində Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşür.

"Baş nazir Netanyahu 2019 Amerika Yəhudi Komitəsinin Qlobal Forumunda bildirib ki, Komitə Azərbaycanla əlaqələrin yaradılmasında rol oynayan öncüllərdən biridir", - bəyanatda qeyd olunub.
 

Mənbə: bizim.media