Sumqayıt zibil poliqonunda yanğın təbii şəkildə baş verib - AÇIQLAMA (VİDEO)

Sumqayıt zibil poliqonunda yanğın təbii şəkildə baş verib - AÇIQLAMA (VİDEO)

Bakı. Çingiz Səfərli - Trend:

Dünən gecə saatlarında Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlib.

Bunu Trend-ə açıqlamasında Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev deyib.

Onun sözlərinə görə, illərdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olur və nəticədə də yanğın baş verir:

"Hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür. Bununla bağlı icra hakimiyyəti yanında komissiya yaradılıb. İşçi qrup fəaliyyət göstərir. Həmçinin Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib və müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə də işlər davam etdirilir".

Mənbə: az.trend.az