ABŞ-ın tibbi tənzimləyicisi “Delta” ştammının yoluxuculuğu barədə yeni məlumatlar yayıb

Bakı, 30 iyul, AZƏRTAC

ABŞ-ın tibbi tənzimləyicisi COVID-19 infeksiyası barədə yeni məlumatlara əsaslanaraq vaksinasiya olunan insanların qoruyucu maskadan istifadəsinin bərpası barədə qərar qəbul edib.

AZƏRTAC “New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzinin rəhbəri Roşel Valenski bildirib.

May ayında Roşel Valenski peyvənd edilmiş amerikalıların bundan sonra əksər hallarda maska taxmaya və sosial distansiya saxlamaya biləcəklərini demişdi. Lakin tənzimləyici iyunun 27-də vaksinasiyadan keçən insanların yenidən qapalı məkanlarda qoruyucu maska taxmalarının vacibliyini vurğulayıb. Bu tövsiyə ABŞ-ın COVID-19 infeksiyasına yoluxma hallarının yüksək olduğu rayonlarına aiddir.

“Yeni tədqiqatlar “Delta” ştammına yoluxan peyvəndli insanların burun və ağız boşluğunda çox miqdarda virus daşıdığını göstərib”, - deyə Roşel Valenski bildirib.

Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzin daxili sənədlərində koronavirusun “Delta” ştammının MERS, SARS, Ebola və mövsümi qrip viruslarından daha yoluxucu olduğu bildirilir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Satış üçün ƏN GƏLİRLİ Smartfon

SONRAKI XƏBƏR

Məşhur qəzetdən İDDİA: "Facebook"un ƏSAS problemi ODUR