Yaşayış binalarından birinə maddi ziyan vuran şəxs saxlanılıb

Yaşayış binalarından birinə maddi ziyan vuran şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə rayon ərazisindəki yaşayış binalarından birinin mühafizə otağının şüşələrinin daşla sındırılması nəticəsində 5200 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxsin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Qəhramanov olduğu müəyyənləşdirilib. O, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: azertag.az