DİM: Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər

DİM: Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər

Bakı, 30 iyul, AZƏRTAC

Musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyulun 30-dan etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən instrumental ifaçılıq (alətlər üzrə), vokal sənəti (akademik vokal), populyar musiqi və caz ifaçılığı (vokal), populyar musiqi və caz ifaçılığı (alətlər üzrə), dirijorluq (sahələr üzrə), vokal sənəti (milli vokal), bəstəkarlıq, musiqi müəllimliyi, instrumental ifaçılıq (alətlər üzrə), vokal sənəti (klassik vokal) ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Mənbə: azertag.az