Pandemiya almanları pivədən uzaqlaşdırıb

Pandemiya almanları pivədən uzaqlaşdırıb

Pandemiya Almaniyada pivə istehlakının azalmasına səbəb olub. Azvision.az -ın məlumatına görə, bu barədə yerli media Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) 30 iyul tarixində yaydığı məlumatlara əsaslanaraq xəbər yayıb.

"2021-ci ilin ilk yarısında pivə satışları keçən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 113,4 milyon litr azalıb", - məqalədə deyilir.

Yanvar ayından iyun ayının sonuna qədər alman pivə zavodları və pivə anbarları təxminən 4.2 milyard litr pivə satıb.

Tural Tağıyev

 

Mənbə: azvision.az