Bekir Pakdemirli: Meşələrin qəhrəmanları böyük sədaqətlə yanğınlarla mübarizə aparırlar

Bekir Pakdemirli: Meşələrin qəhrəmanları böyük sədaqətlə yanğınlarla mübarizə aparırlar

İstanbul, 31 iyul, AZƏRTAC

2021-ci il iyulun 28-30-u tarixləri arasında Türkiyədə qeydə alınan 85 meşə yanğınından 74-ü artıq nəzarət altına alınıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli sosial media hesabı vasitəsilə bildirib.

Meşələrin qəhrəmanlarının havadan və yerdə böyük sədaqətlə yanğınlarla mübarizə apardığını ifadə edən nazir dəstək göstərən hər kəsə minnətdarlığını bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az