"Haber Qlobal" xilasedicilərimizin əməliyyat görüntüsünü yaydı - VİDEO

"Haber Qlobal" xilasedicilərimizin əməliyyat görüntüsünü yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunmasına bu ölkə mediası da xüsusi diqqət göstərir.

Axar.az xəbər verir ki, Türkiyənin "Haber Qlobal" televiziyası yanğınsöndürənlərimizin əməliyyatını əks etdirən reportaj yayımlayıb.

"Haber Qlobal"a qısa açıqlama verən xilasedicilərimiz yanğının qarşısının alınmasında əllərindən gələni edəcəklərini xüsusilə vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycandan gələn 500 nəfərlik xilasedici qruplarından 100-ü bu gün səhər saatlarından Marmarisdə yanğınların söndürülməsinə cəlb olunub.

 

Mənbə: axar.az