Viktoriano Paredes Navarro: Ağdamın mənzərəsindən dəhşətə gəldik

Viktoriano Paredes Navarro: Ağdamın mənzərəsindən dəhşətə gəldik

Ağdam, 31 iyul, Səlim Rəhimzadə, AZƏRTAC

Ağdamda hər şey məhv edilib. Binalar dağıdılıb. Bura sanki ruhlar şəhəridir.

Bu fikirləri Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edən İspaniya Dövlət Radiosunun jurnalisti Viktoriano Paredes Navarro AZƏRTAC-a müsahibəsində deyib.

Belə mənzərənin müharibənin dəhşətindən xəbər verdiyini vurğulayan jurnalist əlavə edib: “Biz dram teatrını və dağıdılmış məscidləri gördük. Burada yerləşən Qiyaslı məscidinin tavanı belə yoxdur. Bu cür mənzərə insana mənfi təsir bağışlayır”.

Mənbə: azertag.az