Yevlaxda yük maşını ilə toqquşan mikroavtobusun sürücüsü komaya düşüb

Yevlaxda yük maşını ilə toqquşan mikroavtobusun sürücüsü komaya düşüb

Yevlaxda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlaxın Mərkəzi Xəstəxanasının yaxınlığından keçən magistral yolda baş verib.

Kiçik tutumlu "Ford" markalı mikroavtobus "Shacman" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Əzizli Vüsal Qüdrət oğlu ağır kəllə-beyin travması alaraq komaya düşüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news.milli.az