İlin birinci yarısında korrupsiya hüquqpozmalarına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanıb

Bakı, 3 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmalarına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda piyada yoluna qoyulan işıq dirəyi gediş-gəlişə mane olur (FOTO)

SONRAKI XƏBƏR

Avropa Liqası: "Neftçi" - HİK matçı start götürüb