Ordumuzun azad etdiyi Xaçınçay su anbarı - Foto

Ordumuzun azad etdiyi Xaçınçay su anbarı - Foto

Xaçınçay su anbarı eyniadlı çayın üzərində salınıb və 1964-cü ildə istismara verilib. Suvarma məqsədilə yaradılıb.

Xaçınçay su anbarı böyük əhəmiyyətə malikdir. Çünki Ağdamın xeyli yaşayış məntəqələrini suvarma ilə əhatə edir.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, 1993-cü ildə Ağdam Ermənistan ordusu tərəfindən işğal olunarkən su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmaqla yanaşı, çirkənməyə də məruz qalıb.

Lakin bu ərazilər düşməndən azad olunduqdan sonra anbarının bərpasına start verilib.

Təhlükəsizliyin təmin edilməsi baxımından Xaçınçay su anbarının ərazisi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina təmizləmə qrupu tərəfindən təmizlənir.

Mənbə: axar.az