Həkimlər ağciyəri məhv olan adamı həyata qaytardılar

Həkimlər ağciyəri məhv olan adamı həyata qaytardılar

Rusiyada həkimlər qəhrəmanlıq göstəriblər. Azvision.az xəbər verir ki, Krasnodar bölgəsində çalışan tibb işçiləri COVID-19 səbəbiylə ağciyərlərinin 100 faizi zədələnmiş bir xəstəni tam şəkildə sağaldıblar. Bununla bağlı qubernator Veniamin Kondratyev deyib:

"54 yaşlı Kropotkina sakini ağciyərlərin tam şəkildə sıradan çıxması diaqnozu ilə ağır vəziyyətdə iki ay reanimasiyada yatdı. Həkimlər əsl möcüzə göstərdilər. O iyunun 11-də evə yazıldı və bu gün tam şəkildə normal həyat ritmini bərpa edib".

Tural Tağıyev

 

Mənbə: azvision.az