Dünya ölkələrinin çoxu peyvənd olunursa, virus niyə yayılır? - Türk həkimdən TƏNQİD

Dünya ölkələrinin çoxu peyvənd olunursa, virus niyə yayılır? -  Türk həkimdən TƏNQİD

Türkiyəli tibb elmləri doktoru Bilgehan Bilge Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sosial media hesabından ÜST-yə suallar ünvanlayan Bilgehan Bilge dünya əhalisinin 37 faizinin vaksin olunmasına baxmayaraq, yoluxmaların sürətlə artmasının səbəbini soruşub.
"ÜST-dən acı etiraf: Zəhmətlə qazandıqlarımızı itiririk. Yoluxmalarda 80% artım var.

Hörmətli ÜST, ancaq bütün dünya əhalisinin 28 faizini və yetkin əhalinin 37 faizini azı bir dəfə peyvənd etmisiniz. Bu artımın səbəbi nədir?

Buna "Delta" ştamı deməyin. Çünki əvvəllər gen peyvəndlərinin bu variantlara qarşı 98 faizə qədər effektiv olduğunu açıqlamışdınız.

Üstəlik, artımlar vaksinasiya nisbətlərinin yüksək olduğu və peyvəndin ilk başladığı ölkələrdə diqqəti cəlb edir", - mütəxəssis qeyd edib.

Mənbə: news.milli.az