Gənclər Evində kompüter və rəqs otaqları istifadəyə verildi

Gənclər Evində kompüter və rəqs otaqları istifadəyə verildi

Balakəndə yerləşən Gənclər Evində kompüter və rəqs otaqları gənclərin ixtiyarına verilib.

“Yeni Sabah” xəbər verir ki, BMqT-nin Azərbaycan nümayəndəliyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan tərəfindən maliyyələşdirilən "Dayanıqlıq naminə İctimai Fəaliyyət" layihəsi çərçivəsində ölkə ərazisindəki Gənclər Evlərini dəstəkləməkdə davam edir.

BMqT tərəfindən 2018-ci il sentyabr ayından etibarən Azərbaycan Respublikası Hökuməti ilə sıx əməkdaşlıqda həyata keçirilən "Dayanıqlıq naminə İcitmai Fəaliyyət" layihəsinin məqsədi yerli icmaların qarşılaşdığı müxtəlif sosial-iqtisadi çətinliklərə qarşı dayanıqlılığını gücləndirməkdən ibarətdir.

Bu layihə çərçivəsində Balakən rayon Gənclər Evində kompüter və rəqs otaqlarının açılış mərasimi keçrilib.

Layihə çərçivəsində kompüter otağı əsaslı təmir olunub və on beş nəfər üçün tədris prosesini təmin etmək üçün nəzərdə tutulmuş bir sıra İT avadanlıqları (kompüterlər, smart lövhə, proyektor və s.), rəqs otağı da öz növbəsində lazımi avadanlıqlarla təchiz olunub. Hər iki otaq artıq Balakən gənclərinin istifadəsinə verilib.

Mənbə: yenisabah.az