Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə The Daily Telegraph qəzeti yazır.

Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəfə 2014-cü ildə işlədilib. Həmin vaxt Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirməyi təklif edib.

Nottingham Trent Universiteti və Hindistandakı Thiagarajar İnstitutu da bu vərdişin xəstəliyə çevrilib-çevrilmədiyini araşdırıb.

Aparılan araşdırmalar nəticəsində Selfitis-in ruhi pozuntu olması nəticəsinə gəlinib və xəstəliyin ciddiliyinin qiymətləndirilməsi üçün Selfitis Davranış Şkalası yaradılıb.

Şkala 1-100 arası dəyişir. Araşdırmada 200 nəfər iştirak edib və göstəricilər daha sonra 400 nəfərdə sınaqdan keçirilib.

İştirakçılar Hindistandan olub. Çünki, ən çox selfi çəkən və təhlükəli yerlərdə selfi çəkərkən ölənlərin çoxu Hindistandandır.

Beynəlxalq Ağıl Sağlamlığı və Asılılıq jurnalında dərc olunan nəticələrə görə, Selfitis-in üç səviyyəsi müəyyən edilib:

Sərhəddə olanlar: gündə ən az 3 dəfə selfi çəkənlər, amma hamısını sosial mediaya qoymayanlar.

Kəskin: Gündə ən az 3 selfi çəkib hər birini sosial mediaya qoyanlar.

Xroniki: Selfi çəkmək üçün nəzarət edilə bilməyən bir istək duyan, həddən artıq selfi çəkən və gündə ən az 6 dəfə sosial mediada bölüşənlər (Lent.az)
 

Mənbə: bizim.media