Koronavirusdan necə qorunaq? - “Statistika səhvdir“

Koronavirusdan necə qorunaq? - “Statistika səhvdir“

2 ildir bütün dünya koronavirusla mübarizə aparır. Hər kəs düşünürdü ki, virusu məhv etməyin yeganə yolu vaksindir. Lakin peyvənd olunduqdan sonra yenidən virusa yoluxan, hətta dünyasını dəyişənlər var. Bu halda yenidən eyni sual yaranır: bəladan necə qorunaq?

“Son statistikaya əsasən, Azərbaycan əhalinin 80%-nin vaksinasiya olunduğu məlumatı yanlışdır. Baxmayaraq ki, vurulan vaksinlərin sayı 6.5 milyonu keçib”.

Bunu Cia.az-a infeksionist Nicat Əzimli bildirib.

O, məsələyə aydınlıq gətirib:

“Bu həm birinci və ikinci dozanı vurdurmuş vətəndaşların ümumi sayıdır. İkinci dozanı da vurduranların sayı 3 milyon nəfərə yaxınlaşmaqdadır. Deməli, hələ ki, Azərbaycanda əhalinin 30%-nə ikinci doza vurulmayıb. Eyni zamanda, 3-cü dozasının vaxtı yaxınlaşır, yəni yaranmış süni immunitet zəifləməkdədir”.

Nicat Əzimli vaksinlər haqqında da fikirlərini bildirib:

“Yoluxma saylarına mənfi təsir göstərə bilən digər faktor Azərbaycanda ən geniş istifadə olunan “Coronavac”ın effektinin digər vaksinlərə nisbətən zəif olmasıdır. Lakin, istənilən vaksin kimi “Coronavac”, yaxud “Sinovac” da xəstəliyin ağırlaşmasından insanı müəyyən dərəcədə qoruyur. Ümumən “Pfizer-Biontech” və “Sputnik-V” vaksinləri “Sinovac”ın “coronavac” vaksininə nisbətən dəfələrlə daha effektivdir”.

Mənbə: cia.az