Vaksinin yaradıcısından 3-cü doza açıqlaması

Vaksinin yaradıcısından 3-cü doza açıqlaması

Koronavirusa qarşı peyvəndin yaradıcısı professor Uğur Şahin 3-cü doza vaksinlə bağlı açıqlamalar verib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Şahin yetişkinlərə 3-cü doza vaksinin vurulmasını məsləhət görüb:

"Payız aylarında yoluxma sayında artım müşahidə olunacaq. İmmun sistemi zəifləyən şəxslər 3-cü doza vaksin vurdura bilərlər. Bu orqanizmi virusa qarşı daha güclü saxlayacaq. Vaksinin yeni variantlara qarşı təsirli olub-olmamasını da araşdırmışıq. Bugünə qədər aparılan araşdırmalar və İsraildəki ilk yoxlamalara görə, 3-cü doza vaksin yeni varianta qarşı qorumanı tamamilə geri qazandırır".

 

Mənbə: news.milli.az