Sinif otaqları gündə 3 dəfə 20-30 dəqiqə havalandırılmalıdır - Türk infeksionist

Sinif otaqları gündə 3 dəfə 20-30 dəqiqə havalandırılmalıdır - Türk infeksionist

İnfeksion xəstəliklər uzmanı dr. Nafiz Koçak məktəblərdə siniflərin qapalı ortam olduğu üçün koronavirusun yayılması riskini artırdığını bildirib.

Pandemiya olsa da dərslər başladığından məktəb rəhbərləri dezinfeksiya və havalandırmaya fikir verməlidir.

Milli.Az xəbər verir ki, uzman doktor siniflərin dərs zamanı və fasilələrdə də olsa hər gün 3 dəfə 20-30 dəqiqə havalandırılmasının vacibliyini vurğulayıb.
"Kimsə buna ciddi nəzarət etməlidir. Böyüklər kimi uşaqlar üçün də qorunma tədbirləri maska, əl gigiyenası, məsafə saxlamaqdır. Sinifdə partalar bir qədər yer dəyişməlidir. Uşaqlar bir parta məsafə ilə yerləşdirilməlidir.

Uşaqların əllərini dərs zamanı spirtləməsi və ya fasilədə sabunla yumasına sinif rəhbərləri diqqət yetirməlidir. Məktəblədə püskürdücü dezinfeksiya vasitələri çox olmamalıdır. Çünki aşağı sinir uşaqlarında bu astma təhlükəsi yarada bilər.

Uşaqlara əllərini yumalarını tez-tez xatırladın.

Lazım gələrsə dərs saatları azaldılıb, uşaqlar həyətə çıxmalı və ya otaqlar 15 dəqiqə havalandırılmalıdır. Bəzi ölkələrdə karbondioksit sensorları istifadə olunur. Uşaqlar məktəbdən ailələrinə virus daşıya bilərlər. Elmi araşdırmalar bu xüsusda müəllimlərin daha çox yoluxdurucu olmasını sübut edib". /medicina.az

Milli.Az

Mənbə: news.milli.az