Şəhid İlyas Niftəliyevin atası VƏFAT ETDİ - FOTO

Vətən Müharibəsi şəhidi, Xüsusi təyinatlı Qüvvələrin zabiti, leytenant İlyas Niftəliyevin atası Güloğlan Niftəliyev gecə saatlarında vəfat edib.

Bizim.Media-ya bu barədə Azərbaycan Qarabağ Müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai Birliyinin Qusar filialınınn sədri Canəli Hörmətov məlumat verib.

O, qeyd edib ki, G.Niftəliyev 57 yaşında ürək tutmasından dünyasını dəyişib. Mərhum Güloğlan Niftəliyev bu gün Qusarın Bədirqala kənd qəbristanlığında şəhid oğlunun yanında dəfn edilib.

Dəfn mərasimində şəhidin doğmaları, kənd sakinləri, keçmiş hərbçilər, Qusar İH rəsmiləri iştirak edib. Qusar İH başçısı Şair Alxasov mərhumun ailəsinə başsağlığı verib.

Aytəkin Alxaslı, Bizim.Media


Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Ekoloqdan ağacları kəsənlərlə bağlı nazirliyə qeyri-adi təklif

SONRAKI XƏBƏR

Yuri Manvelyan: “Robert Koçaryan və “Vahid Rusiya” mənəvi qohumlardır” - ERMƏNİSTANDAN MÜSAHİBƏ