Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi

Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi

Çində yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin hər iki dozasını vuran insanların sayı 1 milyardı keçib.

Modern.az xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyası məlumat yayıb.

Komissiya Çində 2 milyard 160 milyondan çox COVID-19 peyvəndi hazırlandığını bildirib.

Mövcud rəqəmlərə görə, 1.4 milyard əhalisi olan ölkədə peyvənd oluna biləcək vətəndaşların təxminən 72 faizinə iki dozada vaksin vurulub.

Mənbə: modern.az