21 illik ərini qoyub, əmisi oğlu ilə qaçan qadın danışdı: Peşman deyiləm - VİDEO

21 illik ərini qoyub, əmisi oğlu ilə qaçan qadın danışdı: Peşman deyiləm - VİDEO

21 illik ərini qoyub, əmisi oğlu ilə qaçan qadın özünü müdafiə edib.

Day.Az azxeber.com-a istinadən xəbər verir ki, FOX TV-də yayımlanan "Fulya ilə ümidin olsun" proqramında maraqlı bir hadisə baş verib.

Verilişə müraciət edən Mustafa 21 illik həyat yoldaşının əmisi oğluna qaçdığını söyləyərək kömək istəyib. Evliliyini xilas etmək istədiyini deyən Mustafa hətta canlı yayımda həyat yoldaşı üçün mahnı da oxuyub.

Verilişə qatılan Sevgi isə 21 illik həyat yoldaşından ayrıldığını və əmisi oğlu ilə qaçdığını deyib.

O deyib: "Əmim oğlunun arvadı öldü, mən də onun cənazəsinə getdim. İllər sonra əmim oğluna olan sevgimi xatırladım və onun yanına qaçdım. Peşman deyiləm".

Əmisi oğlunun yanına qaçan Sevgi indiyə qədər yaşadıqlarını danışıb: "Mənə qarşı şiddət tətbiq etməzdən əvvəl o şeirləri yazsaydı, indi burada olmazdım. Məni döydüyü günlər olub. Ona uşağım üçün dözdüm. Mən onu sevmirəm. Öməri, yəni əmim oğlunu sevirəm".

Mənbə: news.day.az