Bu gün şəhid Ramin Nurəhmədovun doğum günüdür

Bu gün şəhid Ramin Nurəhmədovun doğum günüdür

Bu gün Qusar daha bir Vətən müharibəsi şəhidinin 31 yaşlı MAXE Ramin Marif oğlu Nurəhmədovun doğum gününü qeyd edir.

Bizim.Media xəbər verir ki, rayonun Nəcəfkənd kənd qəbristanlığında uyuyan Ramin Nurəhmədovun məzarını doğmaları ilə yanaşı, rayon İh-nin nümayəndələri, ictimaiyyət təmsilçiləri, hərbçi yoldaşları ziyarət edib.

Onun məzarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhidin atası Marif Nirəhmədov oğlunun Silahlı Qüvvələrdə MAXE kimi qulluq etdiyini, Vətən müharibəsi başlayan kimi cəbhəyə yollandığını deyib.

Şəhid Ramin Nurəhmədov 2020-ci il noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə snayperlə vurularaq şəhid olub.

Ölümündən sonra Azərbaycan Preźidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid Ramin bir bacının yeganə qardaşı olub. Özünün isə 6 yaşında bir qızı, 4 yaşında oğlu yadigar qalıb.

Aytəkin Alxaslı
 

Mənbə: bizim.media