Parisdə COVID pasportu əleyhinə etirazlar

Parisdə COVID pasportu əleyhinə etirazlar

Fransanın paytaxtı Paris şəhərində COVID-19 pandemiyası çərçivəsində qəbul edilən qərarlardan narazı qalan şəxslər növbəti dəfə etiraz aksiyası keçirib.

Milli.Az modern.az-a istinadən bildirir ki, küçələrdə toplanan vətəndaşlar "Makron, pasport istəmirik!" şüarını səsləndiriblər.

Artıq 10-cu dəfə keçirilən aksiyada bu dəfə az adam iştirak edib.

İyul ayında Fransa lideri Emmanuel Makron koronavirus pandemiyası ilə mübarizə üçün yeni məhdudlaşdırıcı tədbirlər qəbul edib. Qərara görə, avqustun əvvəlindən etibarən restoranlar, barlar, alış-veriş mərkəzləri, təyyarələr və qatarlarda COVID-19 əleyhinə peyvəndi təsdiq edən pasport və ya mənfi PCR test nəticəsi tələb ediləcək.

Mənbə: news.milli.az