Bu il qış necə keçəcək? – Beynəlxalq və yerli mütəxəssislərdən AÇIQLAMA

Bu il qış necə keçəcək? – Beynəlxalq və yerli mütəxəssislərdən AÇIQLAMA

Bu il qış fəsli sərt keçəcək. Beynəlxalq meterologiya şirkətləri bu barədə proqnozlar verməyə başlayıblar. Məşhur “Bespoke Weather” şirkətinin açıqlamasında da, ilk əlamətlərlərin qışın sərt olacağından xəbər verdiyi qeyd olunub.

Bəs, yerli mütəxəssislərimiz nə düşünür?

Bununla bağlı Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru biologiya elmləri doktoru Rauf Soltanov Bizim.Media-ya açıqlama verib:

“Bu gün dünya miqyasında meterologiya elmi çox inkişaf edib. Mövcud aparaturalar hava məlumatlarının qabaqcadan toplanmasına və 90 faizədək özünü doğrultmasına imkan verir”.

Rauf Soltanov buna görə də beynəlxalq meteroloqların proqnozlarının özünü doğruldacağını düşünür.

Azərbaycana gəldikdə, professor bu il ölkəmizdə son 30 ilin ən isti üç yayından birinin keçdiyini xatırladaraq, qışın soyuq keçəcəyi ilə bağlı gözləntilərin əsaslı olduğunu deyib:

“Meterologiya elmində belə bir ehtimal var ki, yay isti keçərsə, qış sərt olacaq. Bu bir qanunauyğunluqdur ki, isti havada buxarlanma çox olur. Buxarlanan su isə yenidən yer səthinə qayıtmalıdır. Yəni isti nə qədər çox olarsa, yağıntı da o qədər çox olar”.

Rauf Soltanov qışın sərt keçməsinin üstünlüklərindən də danışıb:

“Əvvəlki illərə nisbətən qışın sərt keçməsinin kənd təsərrüfatında məhsuldarlığa müsbət təsiri olacaq”.

 

Mənbə: bizim.media