Türkiyədə dünyada ilk mozika aşkarlandı

Türkiyədə dünyada ilk mozika aşkarlandı

Abidə Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

BAKI, 18 sentyabr — Sputnik. Arxeoloqlar Türkiyənin mərkəzində 3,5 min il yaşı olan mozaika aşkarlayıblar. Sputnik Azərbaycan "Daily Sabah"a istinadən xəbər verir ki, artıq bu tapıntı dünyanın ən qədim mozaikalarından hesab olunur.

3x7 m ölçüsündə olan mozaika 3147 daşdan ibarətdir. O, Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

"Bizim araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, tapılan mozaika dünyada ən birinci mozaikadır. Onun forması da bunu təsdiqləyir. Çünki o, kifayət qədər primitiv tərzdə hazırlanıb. Biz bu tapıntı hesabına turist sektorunun əhəmiyyətini artırmaq niyyətindəyik", - deyə vilayətin mədəniyyət və turizm üzrə idarəsinin direktoru Hüseyn Çiftçi bildirib.

Mənbə: sputnik.az