Afrikada peyvənd böhranı

Afrikada peyvənd böhranı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəngin ölkələr tərəfindən COVID-19 peyvəndi ixracının qadağan edilməsi və yığılmasının Afrikadakı pandemiyanı uzadacağı və dünyanın qalan hissəsində virusun yayılmasını artıracağı ilə bağlı xəbərdarlıq edib.

ABŞ, Avropa Birliyi və İngiltərə əhalisinin 60 faizdən çoxu peyvəndlənib.

Lakin, Afrikada əhalinin cəmi 2%-i peyvənd olunub.

Covax bu il Afrikaya planlaşdırılan COVID-19 peyvəndi tədarükünü 25% azaldıb.

ÜST Afrika regional direktoru Matshidiso Moeti dekabr ayının sonuna qədər gəlməsi gözlənilən 470 milyon dozanın qitədəki Afrikalıların yalnız 17% -ni peyvəndlənmək üçün kifayət etdiyini söyləyir.

"İxracat qadağaları və peyvənd yığımı Afrikaya vaksin tədarükünün önündə bir maneədir. COVAX və Afrika Birliyi vasitəsilə bütün planlaşdırılan göndərişlər gəlsə də, Afrikanın ilin sonuna çatmaq üçün təxminən 500 milyondan daha çox dozaya ehtiyacı var. Bu nisbətdə qitə gələn ilin mart ayının sonuna qədər hədəfi yalnız 40%-ə çatdıra bilər", - deyə o, qeyd edin.

Afrikada virusa yoluxanların ümumi sayı 8 milyonu keçib. Onlardan 200 mini pandemiyanın qurbanı olub. 44 Afrika ölkəsində alfa variantı, 32 ölkə delta variantı aşkar edilib.

Moeti bildirib ki, vaksin ədalətsizliyinin davam etməsinə icazə veriləcəyi təqdirdə, pandemiya dünya ictimaiyyətini məhv etməyə davam edəcək.

 

 

Mənbə: www.realtv.az