İran uşaq və yeniyetmələrin vaksinasiyasına başladı

İran uşaq və yeniyetmələrin vaksinasiyasına başladı

İranın səhiyyə naziri Bəhram Eynullahi bu gündən etibarən ölkədə uşaq və yeniyetmələrin koronavirus əleyhinə vaksinasiyaya başladığını bildirib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu mərhələdə 12-18 yaş arasındakı uşaq və yeniyetmələr peyvəndlənəcək. Nazir bildirib ki, peyvənd bu yaş qrupları üçün məcburi deyil:

"Amma tələbələrin vaksin olunmasını tövsiyə edirik. Yəqin ki, vaksinasiya məsələsində valideynlər də bizə dəstək olacaq. Növbəti mərhələdə 7-12 yaş arası uşaqların COVİD-19 əleyhinə vaksinasiyasını planlaşdırırıq".

Turan

Mənbə: modern.az