Sürücülərin NƏZƏRİNƏ: Bu yolda dəyişiklik ediləcək (VİDEO)

Sürücülərin NƏZƏRİNƏ:  Bu yolda dəyişiklik ediləcək (VİDEO)

Bakının üçüncü mikrorayon dairəsinə birləşən yollarda əsaslı təmir işləri başlayıb.

Manset.az xəbər verir ki, elə bu ərazilərdə yol hərəkətində müəyyən dəyşikliklərin edilməsi də nəzərdə tutulub. Əsas işlər hazırda Ceyhun Səlimov Və Alı Mustafayev küçələrində gedir. Dəyşikliklər nələrdən ibarət olacaq?

Əsaslı təmir işləri aparılan yolda piyada səkiləri enləndirilib.

Yararsız asfalt örtüyü çıxarılıb, yol yatağı daha da bərkidilib.

Bura Paytaxtın Nəsimi rayonu, üçüncü mikrorayon dairəsindən, ''8 Noyabr'' metrostansiyasına gedən Ceyhun Səlimov küçəsidir. Avtomobillərin intensiv hərəkət etdiyi küçədə təmir başlanıb. Yolda komnukasiya xətləri də tam yenilənib

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, körpünün altında yol hərəkətində dəyşiklik ediləcək, işıqfor quraşdırılacaq

Bu işlərə paralel olaraq 3-cü mikrorayon dairəsindən üzü bazar istiqamətində gedən Alı Mustafayev küçəsində də təmir işləri aparılır. Həmin yolda da piyada təhlükəsizliyi məqsədi ilə səkilər enləndirilir.

Ümumilikdə bu ayın sonuna qədər yola birinci qat asfalt örtüyünün döşənməsi planlaşdırılır. Bu məqsədlə qısa müddət ərzində yolda avtomobillərin hərəkətinin məhdudlaşdırıalcağı gözlənilir.

Mənbə: manset.az