Dünyaya təkrar gəldiyini dedi, keçmiş həyatdakı ƏRİNİ TAPDI - Ölkə liderini hərəkətə keçirən qadın

Reinkarnasiya bir çox inanclarda ruhun təkrar qayıdışı və bir bədəndən digərinə keçməsi kimi qəbul edilir.

Metbuat.az bildirir ki, hələ 4 yaşında ikən ailəsinə evlərindən çox uzaq məsafədə yerləşən bir qəsəbədə yaşadığı və oradakı həyatı ilə bağlı detallar verən Şanti Devi reinkarnasiyanın ən canlı nümunəsidir.

Valideynlərinə əvvəlki adının Ludgi olduğunu və 1925-ci ildə bir oğlan uşağı dünyaya gətirərkən öldüyünü deyən Şanti artıq sadəcə xəyalpərəst bir qızcığaz olmaqdan çıxmışdı. O, daha öncəki həyatında yaşağıdığı qəsəbə barədə geniş məlumatlar verir, 9 yaşına çatanda isə tacir olan ərindən danışmağa başlamışdı.

Ərinin adını, xarici görünüşünü təsvir etdikdən sonra qohumları bu mövzunu araşdırmaq qərarına gəlir və həmin şəxsi tapır. Lakin Şantini test etmək məqsədilə ərinin başqa bir qohumunu onun yanına gətirirlər. Lakin qadın bu dəfə də o şəxsi tanıyır.

Əri Nath da Şantinin həyatları ilə bağlı söylədiyi hər bir detalın tam doğru olduğunu təsdiqləyir.

Daha sonra isə Şanti 50 nəfərlik qohumlarından ibarət bir qrup içərisindən ana və atasını rahatlıqla tanıyır. O, burada ailəsi ilə yaşamaq istəsə də, icazə verilmir.

Şanti Devi hadisəsi Hindistan lideri Mamatha Qandinin də diqqətini çəkir və 1935 -ci ildə bir çox tədqiqatçı ilə birlikdə Şanti və ailəsini araşdırmaq üçün bir komissiya qurulur.

61 yaşında vəfat edən və ömrünün sonuna kimi ruhani həyatı yaşayan Şanti bir daha heç vaxt evlənmədi. Bu əsrarəngiz qadının həyat hekayəsi bir çox kitablara da mövzu olmuşdur.

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın Dövlət Universitetində silah səsləri eşidildi

SONRAKI XƏBƏR

Bakıda səfirlik əməkdaşı qəzaya düşdü