Evdə qızıl hazırlayırlar: Kartofdan keçirib gündə 1 qram qızıl əldə edirlər - "Hamı hazırlaya bilər"

Evdə qızıl hazırlayırlar: Kartofdan keçirib gündə 1 qram qızıl əldə edirlər -   "Hamı hazırlaya bilər"

Türkiyənin Antalya şəhərində mühafizəçi işləyən Cemil Şahin və Haluk Arlı 4 il əvvəl internetdə araşdırma edib elektron tullantılardan qızıl, gümüş, paladyum və misin necə əldə edilə biləcəyini öyrəniblər.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, öncə hobbi kimi bu işə başlayan Şahin və Arlı daha da təkmilləşərək hər gün evdə 1 qram qızıl əldə etməyi bacarıblar. Zibil və elektron tullantıları evə gətirən Şahin və Arlı maye halına gətirdikləri qızılları içi oyulmuş kartofun içinə qoyurlar. Şahin və Arlı güclü istiliklə kartofun içərisindəki qırmızı torpaq halındakı çöküntünü qızdıraraq qızılı ayırırlar.

24 əyarlı saf qızıl əldə edirlər.

Hamının evdə qızıl hazırlaya biləcəyini deyən gənclər prosesi belə izah ediblər:

"Məhsulların özlərinə məxsus sistemləri var. Əvvəlcə mis və gümüş alırıq. Fərqli formulalar istifadə edərək onu maye halına gətiririk. Maye içərisindəki mis və gümüşü ayırdıqdan sonra qızılı çöküntüylə toz və qırmızı torpaq halına gətiririk. Sonra kartofdakı qırmızı torpağı əridərək 24 əyarlı saf qızıl əldə edirik".

 

 

Mənbə: metbuat.az